"Fənərbağça"nın braziliyalı futbolçusu zədəsini bərpa edib

"Fənərbağça"nın braziliyalı futbolçusu zədəsini bərpa edib .

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı lacivərltər" braziliyalı müdafiəçi Rodriqo Beçaonun zədəsini bərpa etdiyini və Konfrans Liqası matçında meydanda olacağını bildiriblər.

Rodriqo Beçao daha öncə keçirilən "Hatayspor" matçında zədələndiyi üçün oyunu tərk etmək məcburiyyətində qalmışdı. Klbun həkimləri müdafiəçinin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, "Fənərbağça" martın 8-də UEFA Konfrans Liqasının 1/8 final mərhələsində "Cilliois" klubu ilə qarşılaşacaq.