"Fənərbağça"nın Sanço israrı davam edir

"Fənərbağça" klubu "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonu heyətə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.

25 yaşlı futbolçu ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.

Qeyd edək ki, Sançonun transfer qiyməti 30 milyon avrodur.