"Fənərbağça"nın sloveniyalı yarımmüdafiəçisi "Trabzonspor"a keçə bilər

"Fənərbağça" klubunun sloveniyalı yarımmüdafiəçisi Mixa Zays "Trabzonspor"a təklif olunub. 

Sportline.az Soporx.com-a istinadla xəbər verir ki, əməliiyat olunan futbolçu 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalıb. "Sarı-lacivərtlər" 29 yaşlı futbolçunu "Trabzonspor"a təklif ediblər.

"Bor-mavilər"in baş məşqçisi Abdullah Avcı isə Mixa Zaysın transfer qiyməti uyğun olacağı təqdirdə təklif göndərəcəklərini bildirib. 

Qeyd edək ki. Mixa Zays bu mövsüm çıxdığı 12 matçda 2 qolla yadda qalıb.