''Fənərbağça''nın yeni hədəfi

''Fənərbağça''da transfer iddiaları davam edir.

Sportline.az xəbər verir ki, Türkiyə klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Söhbət Kriştofor Piontekdən gedir.

29 yaşlı polşalı futbolçu hazırda ''Başakşehir'' forması geyinir.

Piontek ilə ''Beşiktaş'' və ''Trabzonspor''un da maraqlandığı bildirilir.

Qeyd edək ki, bu mövsüm 43 matçda iştirak edən polşalı 29 qol 5 məhsuldar ötürmə ilə yadda qalıb.