“Fənərbaxça” aşağı liqa klubuna qalib gələ bilmədi

Türkiyə kubokunun qrup mərhələsinin II turu davam edir.

SportLine.az xəbər verir ki, yarışın favoritlərindən hesab olunan “Fənərbaxça” səfərdə aşağı liqa təmsilçisi “Amedspor”la qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu xal itkisindən sonra “Fənərbaxça” yarış cədvəlində sonuncu yerə enib.