Ferdinandın təəssüf hissi...
“Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand Harri Keyndən danışıb.
Sportline.az xəbər verir ki, "FIVE" podkastına açıqlama verən Rio Keynin "qırmızı şeytanlar"a transfer olunmamasına görə təəssüfləndiyini bildririb.
“O, üçüncü het-trikini etdi! Hər dəfə Harri Keynin adının qələbə qolu və ya het-triklə bağlı xəbərlər görəndə özümü pis hiss edirəm. Fikirləşirəm ki, niyə... niyə gedib onu almadıq?” - deyə Ferdinand bildirib.
Qeyd edəki ki, 30 yaşlı ingilis yay transfer pəncərəsində "Tottenhem"dən "Bavariya"ya keçib. O, "Bavariya" 16 oyunda 21 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.