"Fernandezlə bağlı məlumat yalandır"
"Mario Fernandezin ilin sonuna qədər meydana çıxmayacağı ilə bağlı məlumat yalandır".
Sportline.az "Sport24"ə istinadla xəbər verir ki, bunu "Zenit"in idarə heyətinin sədri Aleksandr Medvedev Fernandezin 2023-cü ildə daha oynamayacağı ilə bağlı şayiələrdən danışarkən deyib.
Fernandez Rusiya çmempionatının 10-cu turunda "Orenburq"la matçda (1:3) zədələnib və erkən əvəzlənib. Təcrübəli futbolçu cari mövsüm 7 oyuna çıxıb və fərqlənə bilməyib.