Fernando Santuş Portuqaliya millisindən gedir?
Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş yığmadan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb. Portuqaliya Futbol Federasiyası 68 yaşlı çalışdırıcı ilə görüşə hazırlaşır. Yaxında onun Portuqaliya millisinin baş məşqçisi vəzifəsindən istefası ilə bağlı qərarın açıqlanacağı gözlənilir.
Santuş və məşqçi heyəti istefaya göndəriləcəyi təqdirdə, onların hər biri 3,75 milyon avro məbləğində təzminat tələb edəcəklər.
Qeyd edək ki, Portuqaliya 2 gün əvvəl DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırıb.
Xatırladaq ki, Santuş 2014-cü ildən millini çalışdırır.