Ferran Torres PSJ-yə keçməyə hazırdır– Razılaşma əldə olunub

İspaniya millisinin və “Barselona”nın hücumçusu Ferran Torresin gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Sportline.az insayder Di Marzionun məlumatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu 2026-cı il Dünya çempionatından sonra PSJ-yə transfer olunmağa yaşıl işıq yandırıb və bu keçidi reallaşdırmaq istəyir. Bildirilir ki, tərəflər artıq şəxsi müqavilənin əsas şərtləri üzrə prinsipial razılıq əldə ediblər.

Torresin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin Karim Adeyeminin mümkün transferindən sonra onun müqaviləsinin uzadılmasının çətinləşəcəyi qeyd olunur.

Xəbərdə həmçinin vurğulanır ki, PSJ-nin baş məşqçisi Luis Enrike Ferran Torresi çox bəyənir və onu komandasında görmək istəyir.

Qeyd edək ki Ferran “Barselona”nın heyətində ötən mövsüm çıxdığı 49 matçda 21 qol 3 asistlə yadda qalıb.

Banner