"Ferrari" yeni avtomobilini təqdim etdi
"Formula 1"də çıxış edən "Ferrari" komandası 2021 mövsümü üçün bolidini təqdim edib.
Sportline.az xəbər verir ki, avtomobil SF21 indeksini alıb.
Yeni maşının martın 11-də çəkiliş gününün gedişində trasda sınaqdan çıxarılacağı gözlənilir. Martın 12-də isə Bəhreyndə mövsümöncəsi "Formula 1" testləri start götürəcək.
Qeyd edək ki, 2021-ci ildə "Ferrari" komandasına yeni pilot Karlos Sayns qoşulub. İspaniyalı sürücü 4 qat dünya çempionu Sebastyan Fetteli əvəzləyib və Şarl Leklerlə cütlük təşkil edib.