"Ferrari"nin keçmiş rəsmisi fərqli işi ilə diqqət çəkdi

“Formula 1”də çıxış edən “Ferrari” komandasının sabiq icraçı direktoru Mauritsio Arrivabene təcili yardım sürücüsü kimi işə başlayıb.

Sportline.az xəbər verir ki, bu barədə italiyalı idman jurnalisti Leo Turrini bildirib. O, Arrivabenenin koronavirusla mübarizəyə dəstə olduğunu, lakin heç kimə demədiyini vurğulayıb.

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm koronavirus pandemiyasına görə hələ başlamayıb.