Ferstappen kuryoz Qran-prinin qalibi oldu

"Formula 1" üzrə dünya çempionatında Belçika Qran-prisinin 12-ci mərhələsi güclü yağış səbəbindən ləğv edilib.

Sportline.az xəbər verir ki, yarış Belçikanın “Spa-Francorchamps” avtodromunda baş tutub.

Yarış Bakı vaxtı ilə saat 16:00-ya planlaşdırılıb, amma yağışa görə təxirə salınıb. Sonra iştirakçılar ikinci dəfə yarışa başlamağa cəhd ediblər, pilotlar təhlükəsizlik maşınının arxasında bir neçə dairə keçiblər, amma hava şəraiti yarışı davam etdirməyə imkan verməyib.

Bununla da təsnifatın ən yaxşısı olan Niderland “Red Bull”unun pilotu Maks Ferstappen qalib elan edilib.