Ferstappendən tarixi hədə
Maks Ferstappen çıxış etdiyi "Red Bull" komandasını hədələyib.
Sportline.az "F1-Insider"ə istinadla xəbər verir ki, komandanın məsləhətçisi, sabiq pilot Helmut Markonun işdən çıxarılması gündəmə gəlib. Amma buna qətiyətlə razı olmayan Fersappen bu ixtisarın reallaşacağı halda komandanı tərk edəcəyini bildirib.
Qeyd edək ki, klubun prezidenti Kristian Horner Markonu "Red Bull"dan uzaqlaşdırmaq istəyir.