Ferstappenin atası oğlunun gələcəyindən danışıb

Məşhur Formula 1 pilotu Maks Ferstappenin atası Yos Ferstappen oğlunun gələcəyindən danışıb.

Sportline.az "Autosport"a istinadla xəbər verir ki, Yos Maksın yaxşı avtomobildə qalacağı təqdirdə böyükl uğurlar qazana biləcəyindən danışıb.

"Düşünürəm ki, bu, üç-dörd il əvvəl olduğu kimi eyni Maksdır. İndi yeganə fərq odur ki, onun fantastik avtomobili var və o, işlədiyi insanları tanıyır. Növbəti illərdə yaxşı bir avtomobildə qalmaq üçün sizə şans lazımdır. Bunun üçün müvafiq texnologiya tələb olunur. Amma düşünürəm ki, əgər varsa, Maks bunu edəcək və Mixael Şumaxerin rekordlarını qıracaq” - deyə Yos Ferstappen "Autosort"a bildirib.