Fettel karyerasını bitirə bilər

“Maklaren”in rəhbəri Zak Braun 4 qat dünya çempionu Sebastyan Fettelin ilin sonunda karyerasını başa vuracağını ehtimal edib.

Sportline.az xəbər verir ki, o, “Ferrari”ni tərk edən pilota “Reno”ya keçməyə məsləhət görüb: “Sebastyan ətrafına boylansa, seçiminin elə də çox olmayacağını görəcək. Onun “Mersedes”, “Red Bull” və “Maklaren”ə keçmək imkanı yoxdur. Sual yarana bilər ki, Sebastyan çempion tituluna iddiası olmayan komandaya keçərmi? Amma, məsələn, “Reno” inkişafa meyilli əla komandadır. Mənə elə gəlir ki, Sebastyan gələcək karyerasına əhəmiyyət verməyəcəyi halda belə komandalardan birinə keçə bilər. Əks-təqdirdə çox güman ki, Fettel karyerasını başa vuracaq”.