FIFA 2 milyard, klublar 1 milyard qazanacaq
Klublararası dünya çempionatının gəliri məlum olub.
Sportline.az "The Athletic"ə istinadla xəbər verir ki, FİFA bu yarışdan 2 milyard dollar qazanacaq.
İştirakçı komandalar isə ümumi olaraq 1 milyard dolları bölüşəcəklər.
Klublararası dünya çempionatı bu il ABŞ-da təşkil olunacaq.
İyulun 15-də keçiriləcək açılış matçında "İnter Mayami" "Əl-Əhli" ilə qarşılaşacaq.
Xatırladaq ki, yarışın son qalibi "Mançester Siti" komandasıdır.