FİFA "ən yaxşı"nı açıqladı

DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində keçirilən Fransa - Argentina duelinin ən yaxşı oyunçusu müəyyənləşib. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, Avropa təmsilçisinin heyətində Kilian Mbappe "matçın ən yaxşısı" adına yiyələnib.

Qeyd edək ki, K.Mbappe Fransanın 4:3 hesablı qələbə qazandığı görüşdə iki qolla yadda qalıb.