FİFA qərar verdi, türk klubunun 12 xalı silindi
FİFA Nizam İntizam Komitəsinin qərarı ilə Türkiyə I Liqasında çıxış edən “Elazığspor” klubunun 12 xalı silinib. SportLine.az saytının məlumatına görə, bu barədə klubun vitse-prezidenti məlumat verib.
Klub rəsmisinin bildirdiyinə görə, Ali futbol qurumunun bu qərarında əsas səbəb Elazığ təmsilçisinin Fabio Bilikaya və Fransanın “Soşo” klubuna olan borclarının ödəməməsi olub.
Bu cəzadan sonra xal ehtiyatı -2 olan sözügedən komanda turnir cədvəlinin zirzəmisinə yuvarlanıb.