FİFA referimizə yeni təyinat

FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" (Bratislava) və Litvanın "Jalqris" komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyununu idarə ədəcək.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək.

Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də keçiriləcək.