DÇ-2022: Finalı onlar idarə edəcəklər
DÇ-2022-nin finalında keçiriləcək Argentina - Fransa oyununun hakimləri açıqlanıb.
Sportline.az xəbər verir ki, matçı polşalı referi Şimon Marçinyak idarə edəcək.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Fransa - Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.