Finalın məkanı dəyişdirilə bilər
Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər.
Sportline.az xəbər verir ki, bu barədə "NS-INFO" məlumat yayıb.
Turnirin həlledici oyununun Afinadakı "Ayasofya" stadionunda baş tutması planlaşdırılır.
Mənbənin sözlərinə görə, yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir.
Bu səbəbdən oyunun Budapeştin "Puşkas Arena"slnda keçirilməsi gündəmdədir.
Qeyd edək ki, final matçı mayın 29-da "Olimpiakos" və "Fiorentina" klubları arasında olacaq.