Finalqabağı Argentina Fransanı üstələyir

DÇ-2022-nin final matçını 50 000 argentinalı azarkeş izləyəcək.

Sportline.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb. “Lusail” stadionunda cənubi amerikalılar çoxluq təşkil edəcəklər. Sözügedən arena 88 969 min tamaşaçı tutumuna malikdir.

Son dünya çempionu Fransa seçməsini cəmi 6000 fanat dəstəkləyəcək.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.