"Fiorentina" uduzdu, "Vest Hem" qələbə qazandı

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Sportline.az xəbər verir ki, hər iki matç eyni gündə olub. İtaliyada "Fiorentina" İsveçrə "Bazel"inə uduzub.  Niderlandın "AZ Alkmaar"ı isə İngiltərədə "Vest Hem"ə məğlub olub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

Konfrans Liqası, yarımfinal, ilk oyunlar
11 may

23:00. "Fiorentina" (İtaliya) - "Bazel" (İsveçrə) - 1:2

Qollar: Artur Kabral, 25 - Andi Diuf, 71. Amdouni, 90+3

Baş hakim: Fransua Leteksye (Fransa)

Florensiya, "Artemio Franki" stadionu

23:00. "Vest Hem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) - 2:1

Qollar: Səid Benrahma, 67-pen; Maykl Antonio, 76 - Ticani Reynders, 41

Baş hakim: Halil Umut Meler (Türkiyə)

London, "London" stadionu