Florensiyada yeni müqavilə
"Fiorentina"nın müdafiəçisi Maykl Kayode daha 5 il komandada qalacaq.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, klub rəhbərliyi futbolçuya uzun müddətlik şans verib.
Hətta 19 yaşlı oyunçunun müqaviləsi daha 1 ildə uzadıla bilər. Kayode bu mövsüm "Fiorentina"nın heyətində bütün turnirlərdə 8 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.