Florentino Peres: "Mbappe "Real"a gələcək"

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe “Real”a keçəcək.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşinə açıqlama verən "Real"ın prezidenti Florentino Peres bildirib.

“Mbappenin “Real"a gələ biləcəyini fikirləşirəm. O, bunun üçün kifayət qədər yetkin biridir. Kilian daha da böyüyə biləcək yaxşı oyunçudur. “Real”a bu il gələ bilməsə, növbəti il bunu mütləq edəcək”.

Qeyd edək ki, Madrid klubunun Mbappe üçün 280 milyon avro ödəməyə hazır olduğu deyilir.