Formula 1 üzrə dünya çempionu məlum oldu

34 yaşlı britaniyalı Luis Hemilton Formula-1 üzrə dünya çempionatının qalibi olub.

Sportline.az xəbər verir ki, "Mersedes" komandasının pilotu bu nəticəyə vaxtından əvvəl imza atıb.

O, ABŞ Qran-prisində ikinci yeri tutmaqla sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.

Qeyd edək ki, bu britaniyalı pilotun karyerasında 6-cı dünya çempionluğudur.