Formula-1: 3-cü sınaq da arxada qaldı

Formula -1 üzrə Avropa qran-prisində üçüncü test yarışı da başa çatıb. SportLine.az xəbər verir ki, ötən gün olduğu kimi, bu günkü yürüşü də hamıdan tez “Mersedes”in pilotu Luis Hamilton başa vurub. “Mersedes”in digər üzvü Niko Rosberq 2-ci, “Force İndia”nın pilotu Niko Hyulkenberq 3-cü nəticə göstərib. Xatırladaq ki, saat 17-də iştirakçılar sıralama yürüşündə bacarıqlarını göstərəcəklər. Avropa qran-prisinin qalibi isə, sabah müəyyənləşəcək.