"Formula 1": "Aston Martin" pilotunun təkəri partladı
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas mərhələsində daha bir qəza olub.
Sportline.az xəbər verir ki, "Aston Martin"in pilotu Lans Stroll uğursuzluqla üzləşib.
Kanadalı sürücünün bolidinin arxa təkəri partlayıb.
Qeyd edək ki, daha əvvəl "Alpine"dən Esteban Okon bolidinin mühərrikindəki problemə görə yarışa davam edə bilməyib.