"Formula 1": Avstraliya Qran-prisi ilə uzunmüddətli müqavilə imzalanıb

"Formula 1" Avstraliya Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2035-ci ilədək nəzərdə tutulub.

Anlaşmaya əsasən, 2023-cü ildən yarış həftəsonunda "Formula 2" və "Formula 3" yarışları da keçiriləcək.

Qeyd edək ki, Avstraliya Qran-prisi 1996-cı ildən Melburnda təşkil olunur.