"Formula 1": Avstraliya Qran-prisi yenə ləğv edildi

"Formula 1" üzrə Avstraliya Qran-prisi ləğv olunub.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilatçıları açıqlama veriblər.

Yarışın ardıcıl ikinci il baş tutmamasına koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətləri səbəb olub.

Avstraliya Qran-prisi 19 - 21 noyabrda olmalı idi.

Bu yarışla yanaşı, noyabrın 24-də keçirilməsi planlaşdırılan MotoGP üzrə dünya çempionatı da ləğv edilib.