Formula 1: Avstriya Qran-pri keçirməyə hazırdır
Avstriya hökuməti Fransadakı “Formula 1” yarışının təxirə salınacağı təqdirdə Qran-pri keçirməyin mümkünlüyünü təsdiqləyib.
Sportline.az “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, yarış 3 – 5 iyulda “Red Bull Rinq”də boş tribunalar önündə baş tutmalıdır.
Fransa Qran-prisi isə 26 – 28 iyuna nəzərdə tutulub, ancaq ölkədə kütləvi tədbirlər ləğv olunduğu üçün yarışın tarixi yenidən planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Hollandiya, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya və Monako mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.