Formula 1: Azərbaycan Qran-prisində ilk qəza

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. 

Sportline.az xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğruszuluqla üzləşib. Onun bolidi asfaltla sərt təmas edib və arxa tərəfi qopub.

Drenaj lükünün onun bolidinin alt hissəsini zədələdiyi təxmin edilir. Qəza nəticəsində 21 yaşlı sürücü yarışı dayandırıb. Onun bolidi trasdan evakuasiya olunub. 

Qeyd edək ki, Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb.