"Formula 1": Azərbaycan Qran-prisində sıralama turunu Lekler qazandı
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
"Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə ikinci olub. Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.