Formula 1: Azərbaycan Qran-Prisinin proqramı açıqlandı
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb.
Sportline.az xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.
Proqrama əsasən, aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək.
Qeyd edək ki, Formula 1-in yeni mövsümü martın 5-də Bəhreyndə başlayacaq. 23 mərhələdən ibarət dünya çempionatına noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq.