Formula 1: Bakı Qran-prisi ilə bağlı qərar açıqlandı
Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirilmə müddəti daha bir il uzadılıb.
Sportline.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıblama verib.
O deyib ki, ötənilki qran-pri baş tutmadığı üçün yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü ilədək deyil, 2024-cü ilədək yerinə yetirilməlidir.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.