Formula 1 Bakı Şəhər Halqasını seçdi
"Formula 1" üzrə mobil oyunun ilkin versiyasının videosu yayımlanıb.
Sportline.az xəbər verir ki, videoda oyunun oynanılma qaydası göstərilib. Bunun üçün Azərbaycan Qran-prisi seçilib. Maşının sürülmə anlarının göstərildiyi videoda "Alfa Romeo" pilotu Antonio Covinatsinin idarə etdiyi avtomobil seçilib. Covinatsi bu bolidlə Bakı Şəhər Halqasında dövrə vurub.
Yeni oyunun özəlliklərinə baxdıqda, ilk növbədə “Mənim komandam” yeniliyi diqqəti cəlb edir. Çünki yeni oyunla birlikdə komanda rəhbəri olmaq imkanı da verilir. "Football Manager"ə bənzəyən oyunda oyunçular öz komandalarını idarə edəcək, istədikləri pilotları transfer edəcəklər.
"Formula 1" həvəskarları "karyera" bölümünü seçməklə oyundan istifadə edə bilərlər. Burada 22 mərhələdən ibarət yarış "tam mövsüm", 10 və ya 16 mərhələdən ibarət qısa yarışlar seçmək mümkündür.
Bundan başqa çoxlu oyun üçün ekranın ikiyə bölünmə xüsusiyyəti də mövcuddur. Beləliklə, eyni ekranda ikili oyun oynama özəlliyi aktiv olacaq.
Oyunun proqramı tam olaraq iyulun 10-da təqdim ediləcək.