Formula 1: Bottas poul qazandı

Formula 1 üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsi yekunlaşıb.

Sportline.az xəbər evrir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Mercedes kollektivinin almaniyalı pilotu Valtteri Bottas poul qazanıb. O, 1 saat 25,093 saniyə nəticə göstərib. Onun ən yaxın izləyicisi komanda yoldaşı olub. Lüis Hemilton liderdən 0,006 saniyə geri qalıb. İlk 3-lüyü isə Ferrarinin sürücüsü Şarl Lekler tamamlayıb. 4-cü və 5-ci pillələrdə isə müvafiq olaraq Red Bull kollektivinin üzvləri Maks Ferstappen və Pyer Qasli qərarlaşıb.

Qran-prinin final mərhələsi iyulun 14-də keçiriləcək. Pilotlar 306,2 km məsafə qət edəcəklər. Qeyd edək ki, yarış İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq.