Formula 1: Bottasdan yüksək nəticə

"Formula 1" üzrə İspaniya Qran-prisində ilk sınaq yürüşü keçirilib. 

Sportline.az xəbər verir ki, ən yaxşı nəticəni "Mercedes"in pilotu Valtteri Bottas göstərib. 

Onun komanda yoldaşı Lüis Hemilton ikinci olub. "Red Bull"un sürücüsü Maks Ferstappen üçüncü yerlə kifayətlənib. 

Qeyd edək ki, Macarıstan Qran-prisinə avqustun 16-da yekun vurulacaq.