“Formula 1”: Daniel Rikkardonun əli qırılıb
“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Alfa Tauri” komandasının pilotu Daniel Rikkardonun əli qırılıb.
Sportline.az xəbər verir ki, hadisə Niderland Qran-prisində təşkil olunan məşq zamanı baş verib.
Bolidi təhlükəsizlik səddinə çırpılan idmançı sol qolunda ağrı hiss edib. Xəstəxanaya aparılan avstraliyalının əlində sınıq aşkarlanıb. Bu səbəbdən bu gün keçiriləcək Niderland Qran-prisinin sıralama turunda onu gənc Liam Louson əvəzləyəcək.
Qeyd edək ki, Daniel Rikkardo ötən ay “Red Bull”dan ayrılaraq, “Alfa Tauri” ilə müqavilə bağlayıb.