Formula 1-də daha bir qəza

"Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.

Sportline.az xəbər verir ki, "Alfa Romeo" pilotu Antonio Covinatsi sıralama turunda qəza törədib.

O, bolidin idarəetməsini itirib. Nəticədə qırmızı bayraq qaldırılıb və yarış ikinci dəfə müvəqqəti dayanmalı olub.

Covinatsi həmkarı Stroll kimi yarışa davam edə bilməyib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.