"Formula 1" ərəb ölkəsi ilə uzunmüddətli müqavilə imzalayıb
"Formula 1" şirkəti Əbu-Dabi Qran-prisi ilə müqavilənin müddətini uzadıb.
Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı yarış ən azı 2030-cu ilədək davam edəcək.
2021 mövsümünün son Qran-prisi dekabrın 12-də Abu-Dabidə gerçəkləşəcək.
Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib.