Formula 1: "Ferrari" 2024-ə yeni bolidlə gedir

Formula 1 komandaları yeni ildə yeni bolidlərlə çıxış etməyə hazırlaşırlar.

Sportline.az xəbər verir ki, "Ferrari" bu sırada öncüllərdən olmağı planlaşdırır.

Bu haqda Motorsport Italia məlumat yayıb.

Mənbənin məlumatına görə, SF-23-dən fərqli olaraq bolidin sürətlər ötürücündə gücləndirici yeniliklər həyata keçiriləcək.

Konstruktorların reallaşdıracağı yeniliyə əsasən, ötürücü qutu əvvəlki transmissiyadan daha yüngül olacaq.