"Formula 1": Fettelin də bolidi sınaq yürüşündə sıradan çıxdı
"Aston Martin"in bolidi "Formula 1" üzrə dünya çempionatının mövsümöncəsi Bəhreyndə keçirilən sınaq yarışlarının ikinci günündə sıradan çıxıb.
Sportline.az xəbər verir ki, Sebastyan Fettelin idarə etdiyi avtomobil 6 dövrə vura bilib.
Almaniyalı pilot texniki problemlər üzündən yarışa davam etməyib. Bolidin sürət qutusunda nasazlıq aşkarlanıb. Martın 12-də "Mercedes" komandasından Valtteri Bottas da eyni problemlə üzləşib.
Qeyd edək ki, "Formula 1"də 2021 mövsümü 26 - 28 martda Bəhreyn Qran-prisi ilə start götürəcək. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.