"Formula-1"in əfsanəsi vəfat etdi

"Formula-1"in əfsanəsi Niki Lauda vəfat edib.

Sportline.az xəbər verir ki, Formula-1 dünyasının məşhur simalarından olan, "Mercedes" komandasının rəsmisi Niki Lauda 70 yaşında vəfat edib.

Keçən il xəstəxanaya yerləşdirilən keçmiş Formula-1 pilotu ağciyər köçürülməsindən sonra infeksiya ilə rastalaşaraq yenidən xəstəxanaya aparılmışdı. Son zamanalar böyrək xəstəliyindən də əziyyət çəkən Niki Laudanın ölümünü ailəsi açıqlayıb.

Qeyd edək ki, əfsanəvi pilot 1975, 1977 və 1984-cü illərdə Formula-1 üzrə dünya çempionu olub.