"Formula 1"in ən yüksək gəlirli pilotu Hemilton olub
5 qat "Formula 1" çempionu Luis Hemilton yarış tarixində ən gəlirli pilot olub.
Sportline.az xəbər verir ki, "Forbes" jurnalının açıqladığı siyahıda 34 yaşlı britaniyalı 589 milyon dollar gəlirlə birincidir.
Ondan bir pillə geridə 464 milyon dollar gəlirlər 7 dəfə “Formula 1” üzrə dünya çempionu olan Mixael Şumaxerdir. İlk üçlüyü isə 458 milyon dollar qazancla ispaniyalı Fernando Alonso tamamlayır.