Formula 1: Lüis Hemiltondan növbəti qələbə

Formula 1 üzrə dünya çempionatının daha bir mərhələsi arxada qalıb.

Sportline.az xəbər verir ki, İspaniya Qran-prisinin iştirakçıları Barselonada 4,655 km məsafəni qət ediblər.

66 turdan ibarət yarışda “Mersedes” komandasının pilotu Lüis Hemilton 1 saat 35 dəqiqə 49.780 saniyə nəticə ilə qalib gəlib. Onun ən yaxın izləyicisi komanda yoldaşı Valtteri Bottas olub. 3-cü pillədə isə “Red Bull” kollektivinin üzvü Maks Ferstappen qərarlaşıb.

Ümumi sıralamada Lüis Hemilton 95 xalla liderliyini davam etdirir. “Ferrari”nin pilotu Sebastyan Fettel 78 xalla ikinci yerdədir. Hesabında 58 xal olan Bottas isə ilk üçlüyü tamamlayır.

Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi – Monako Qran-prisi mayın 23-dən 26-adək davam edəcək. Xatırladaq ki, aprel ayında Azərbaycan Qran-prisində Valtteri Bottas qələbə qazanmışdı.