"Formula 1": "Mercedes" britaniyalı pilotu heyətinə qatır

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Uilyams"ın pilotu Corc Rassell komandasını dəyişir.

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı britaniyalı sürücü cari mövsümün sonunda "Mercedes"ə keçəcək.

O, Almaniya təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl "Mercedes"in pilotu Valtteri Bottas "Alfa Romeo"ya keçib.