Formula 1 nə vaxt hibrid mühərriklərinə keçəcək?

Formula 1-də hibrid komponentləri ilə daxili yanma mühərriklərindən 2025-ci ildən sonra istifadəyə veriləcək.

Sportline.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.

Bununla yanaşı, “Kral avtoyarışları”nda 2030-cu ildən gec olmayaraq  benzindən tamamilə imtina ediləcək.  Xatırladaq ki, mövcud mühərrikləri dəstəkləyən reqlament  2025-ci ilə qədər qüvvədə qalacaq. Həmin müddətə qədər komandaları yalnız “Mersedes”, “Ferrari” və “Reno” mühərriklə təmin edəcək. Mütəxəssislərin fikrincə, hazırkı mühərriklər qiymət amilinə görə komandalara sərf etmir. Məhz buna görə Formula 1-ə yeni komandalar qoşulmaq istəmir.  Yarışda mübarizə aparan komandalar daha yüngül mühərriklərdən istfadə etməkdə maraqlıdır. Xatırladaq ki,  2021-ci ildən Yaponiyanın “Honda” şirkəti də Formula 1 komandaları üçün mühərrik istehsal etməyəcək.  Hazırda bu şirkət “Red Bull” və “Alfa Tauri” ilə əməkdaşlıq edir.