Formula 1 pilotları futbol matçında

Formula 1 pilotları bu dəfə hansısa trekdə deyil, yaşıl meydanda mübarizə aparıblar.

Sportline.az xəbər verir ki, “Formula-1”in bir neçə gün öncə vəfat edən əfsanəvi sabiq pilotu Niki Laudanın xatirəsinə həsr olunan görüş maraqlı mübarizəyə səhnə olub.

Oyunda hazırkı və sabiq pilotlarla Monako şahzadəsi II Alberin “bütün ulduzlar” komandası üz-üzə gəlib. Formula 1 sürücüləri Şarl Lekler, Karlos Sayns, Felipe Massa, Mark Vebber, Pyer Qasli, sabiq futbolçular Vilyam Qallas, Xristo Stoiçkov, Şahzadə II Alber və digərlərinin iştirak etdiyi oyunda 5 qol vurulub. “Bütün ulduzlar” komandası pilotlardan ibarət kollektivi 3:2 hesabıyla məğlub edib. Oyundan toplanan pullar uşaqlara yardım məqsədilə istifadə olunacaq.