"Formula 1" pilotu koronavirusa yoluxdu

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alpine" komandasının pilotu koronavirusa yoluxub.

Sportline.az İtaliya mətbuata istinadən xəbər verir ki, Fernando Alonso və Esteban Okondan birinin testi müsbət nəticələnib.

Onlardan hansında infeksiya aşkarlandığı məlum deyil. "Alpine" hələ məsələyə reaksiya verməyib. Məlumat təsdiqlənəcəyi təqdirdə, pilotlardan birini İtaliyadakı Emiliya-Romanya Qran-prisində rusiyalı Daniil Kvyat əvəzləyəcək.

Qeyd edək ki, Emiliya-Romanya Qran-prisi 16 - 18 apreldə İmola trasında gerçəkləşəcək.